Sultanı kabab

Mürəkkəb quruluşa malik bu kabab növünün birinci komponenti qədim rütbə, titul bildirən leksik vahididir. Təbriz mətbəxinə aid olan bu kabab qoyunun bud ətindən hazırlanır və tikələri iri olur.
Suçik
Sulux
OBASTAN VİKİ
Kabab
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Basdırma kabab
Cücə kabab
Daşarası kabab
Daşarası kabab — Azərbaycanın Qəbələ rayonunda hazırlanan kabab növü. Daşarası kababı hazırlamaq üçün əti nanə yarpaqlarının köməyi ilə basdırma edirlər. Sonra onu qaya daşlarının arasına qoyaraq xüsusi üsulla bişirirlər. Bu kababın hazırlanmasında qoyun (quzu) əti, quyruq yağı, kartof və badımcandan istifadə edilir. Kababın hazırlanması zamanı əsas vaxt daşın qızdırılmasına gedir. Bilavasitə ətin bişməsinə isə 10-15 dəqiqə sərf olunur. Qaynar daşa ətin yapışmaması üçün quyruq yağı sürtülür. Kartof və badımcan isə ət kababı ilə birgə verilmək üçün kabab üsulu ilə hazırlanırlar.
Lülə kabab
Lülə kabab - qiymədən uzunsov formada hazırlanan kabab növü. Xarici görünüşü odlu silah lüləsinə oxşadığına görə belə ad verilmişdir. Azərbaycan mətbəxinə xas milli yemək növü sayılır. Qoyun əti - 500q, quyruq - 200q, baş soğan - 20q, göy soğan 40q, cəfəri və reyhan - 15q, buğda unu - 45q, sumaq - 3q, duz, istiot. Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurularaq yaxşıca qarışdırılır. Qiymə əvvəlcədən soyumaq üçün soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov kotlet formasına salınır. Lüləkabab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkabab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir.
Tikə kabab
Tikə kabab, şişlik və ya şiş kabab — Azərbaycan mətbəxində bir yemək. Kababın növlərindən biri. Tikə kababın hazırlanmasında qoyun ətindən, baş soğandan, göy soğandan, cəfəri və reyhan kimi göyərtilərdən, duz, sumaq, istiot kimi ədviyyatlardan istifadə olunur. Azərbaycan mətbəxinə aid olan qarssayağı tikə kabab qoyunun ətindən və böyrəyindən hazırlanır. Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında halqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.
Turşulu kabab
Turşulu kabab – Azərbaycan mətbəxində hazırlanan kabab növü. Lənkəran bölgəsinə aid yemək növüdür. Plovun yanında yeyilir. Turşulu kababın hazırlanmasında mal və qoyun ətlərinin qıymalarından, cəfəridən, badımcandan, kərə yağından, soğandan, duzdan, istiotdan və limon suyundan istifadə olunur. Turşulu kabab hazırlamaq üçün mal əti ilə qoyun əti soğanla birlikdə çəkilir və bəzən duz, istiot vurulur. Ayrıca qoyun əti quşbaşı şəklində kiçik tikələrə bölünür və bu tikələr qazana tokulub qaynamağa qoyulur. Ayrınca qazanda cəfəri qızardılır. Qaynadılmış ət tikələri kərə yağında cəfəri ilə qızardılır və üzərinə cəfəri suyu əlavə olunur. Çəkilmiş ətdən hazırlanan kiçik kündələr və badımcan kütlənin üzərinə əlavə olunur. İstəyə görə istiot, duz, limon suyu kimi ərzaqlar da əlavə oluna bilər.
İskəndər Kabab
Türk mətbəxinin ləziz təamlarından olan məşhur Dönər Kababının tarixçəsi 1867-ci ildən başlayır. Türkiyənin Bursa şəhərində yaşayan İskəndər kişi quzu ətini özünün düzəltdiyi ocaqda, dik çubuğa qat-qat düzərək hazırlayırdı. Zaman ötdükcə İskəndər kişinin pide, qatıq və kərə yağı ilə birləşdirdiyi bu dad “İskəndərin Dönər Kababı” adı altında ilk olaraq Bursaya sonra Türkiyəyə və dünyaya yayılır. Döner Kababı dünyanın müxtəlif yerlərində dəyişkliklərə məruz qalıb, müxtəlif formada təqdim olunur. Amma İskəndər Kababı əsl, təbii dadını bu gün də Bursa şəhərində nəsildən-nəsilə ötürərək, qoruyub saxlamağı bacarıb.
Osmanlı sultanı
Osmanlı Sultanları — 1302–1922-ci illər arasında Osmanlı İmperiyasını idarə etmiş Sultanlara verilən ümumi ad. Sultanlar tərəfindən idarə olunan Osmanlı İmperiyası şimaldan Macarıstan, cənubdan Somali, qərbdən Əlcəzair və şərqdən İraq ilə əhatələnmişdir. Sultanlar imperiyanı paytaxtdan idarə edirdilər. Osmanlı İmperiyasının ilk paytaxtı 1329-cu ildə fəth olunan Bursa şəhəri olmuşdur. Paytaxt 1366-cı ildə Ədirnə şəhərinə, 1453-cü ildə isə Konstantinopolun fəth olunmasından sonra İstanbul şəhərinə köçürülmüşdür.
Eşq sultanı (roman)
Eşq sultanı — azərbaycanlı yazıçı Əzizə Cəfərzadənin Məhəmməd Füzulinin həyatından bəhs edən tarixi romanı. Əzizə Cəfərzadənin ölümündən bir qədər əvvəl tamamladığı "Eşq sultanı" adlı son tarixi romanının mövzusu böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin həyatından bəhs edir. Yazıçı romanın oxucuya ünvanlanan "Son sözüm" bölümündə Füzulinin həyatı fonunda dolayısı ilə eşq mövzusuna müraciətinin səbəblərini açıqlayaraq yazır: ""Eşq sultanı"nı neyçün belə adlandırdım? İndi hardadı belə eşq? Ətrafına yaxşı nəzər sal,- görərsən. İndi də var. Sadəcə indi telenəzərləri daha çox bayağı "məhəbbət" macəraları cəlb edir. Tamaşaçıda maraq oyatmaq üçündü onlar. Sizsə ətrafdakılara diqqətlə nəzər salın. Var.
Sultanı öldürmək (roman)
Sultanı öldürmək - Türkiyə yazıçısı Ahmet Ümit tərəfindən 2012-ci ildə yazılmış krimanal roman. Roman cinayət, məhəbbət və tarix üslublarını özündə birləşdirir. Hadisələr XV əsr Osmanlısından bəhs edir. Osmanlı padşahı və Konstantinopolun fatehi Fateh Sultan Mehmet öz qüdrətinin zirvəsindədir. Konstantinopol fəth olunmuşdur, sultanın adı bütün dünyaya yayılmışdır. 49 yaşında hakimiyyətinin ən qüdrətli dövrünü yaşayan sultan müxtəlif xalqlardan, müxtəlif dinlərdən olan insanlardan yeni xalq qurmaq istəyi ilə alışıb yanır. Lakin qəflətən sultan öldürülür. Hakimiyyət uğrunda iki şahzadə mübarizəyə qalxır. Saray iki yerə ayrılır. Xalq isə bundan xəbərsizdir...
Arslanşah (İraq Səlcuq sultanı)
Arslan şah (1133 – 1176, Həmədan) — Sultan II Toğrulun oğlu idi. 1133-cü ildə anadan olmuşdu. Əmisi Sultan Məsud onu himayəsini götürmüş və təlim-tərbiyəsi ilə məşğul olmuşdu. 1160-cı ildə Atabəy Eldəniz tərəfindən İraq Səlcuq sultanlığının hökmdarı elan edilmişdi. Sultan Məsud 1145–46-cı illərdə Azərbaycana yürüşü ərəfəsində Səlcuq şahzadələrini Tikrit qalasında həbsə atdı. Şahzadələr illərlə qalada həbsdə qaldılar. 1152-ci ildə Məsudun ölümündən sonra Abbasi xəlifəsi Müqtəfi-Lidillah İraq Səlcuqlarının başda Bağdad Ərəb İraqındakı torpaqlarını ələ keçirməyə başladı. Xəlifənin qüvvətlənməsindən narahat olan Sultan Məhəmməd və tərəfdarları qoşun yığaraq Bağdada doğru hücuma başladılar. Bu ərəfədə həbsdə olan şahzadələri də azad etdilər. Arslan şaha ordunun mərkəzində rəhbərlik verildi, lakin baş vermiş döyüşdə İraq Səlcuq sultanlığı məğlub edildi.
Kirmanşah (Kirman Səlcuq sultanı)
Kirmanşah — Kirman Səlcuqlu hakimi və Qavurd bəyin böyük oğlu. Şahzadəlik dövründə atası ilə Sistanın fəthində iştirak etmişdi.Hakimiyyətdə cəmi 1 il qalmış vəfat edib yerinə Sultanşah təyin edilmişdi.
Süleyman şah (Rum sultanı)
Qutalmışoğlu Süleymanşah və yaxud qısaca Qutalmışoğlu (Ərəb əlifbası ilə: سليمان بن قتلمش (Süleyman bin Qutalmış)) (ö. 1086), Rum sultanlığının qurucusudur. Səlcuqlu soyundan gəlir və Böyük Səlcuqlu sərkərdəsi idi. Soyunun davamı bugünkü Elbeyli Türkmən elidir.
Arslan şah (İraq Səlcuq sultanı)
Arslan şah (1133 – 1176, Həmədan) — Sultan II Toğrulun oğlu idi. 1133-cü ildə anadan olmuşdu. Əmisi Sultan Məsud onu himayəsini götürmüş və təlim-tərbiyəsi ilə məşğul olmuşdu. 1160-cı ildə Atabəy Eldəniz tərəfindən İraq Səlcuq sultanlığının hökmdarı elan edilmişdi. Sultan Məsud 1145–46-cı illərdə Azərbaycana yürüşü ərəfəsində Səlcuq şahzadələrini Tikrit qalasında həbsə atdı. Şahzadələr illərlə qalada həbsdə qaldılar. 1152-ci ildə Məsudun ölümündən sonra Abbasi xəlifəsi Müqtəfi-Lidillah İraq Səlcuqlarının başda Bağdad Ərəb İraqındakı torpaqlarını ələ keçirməyə başladı. Xəlifənin qüvvətlənməsindən narahat olan Sultan Məhəmməd və tərəfdarları qoşun yığaraq Bağdada doğru hücuma başladılar. Bu ərəfədə həbsdə olan şahzadələri də azad etdilər. Arslan şaha ordunun mərkəzində rəhbərlik verildi, lakin baş vermiş döyüşdə İraq Səlcuq sultanlığı məğlub edildi.
II Mahmud (Böyük Səlcuq sultanı)
II Mahmud (d. 1105 – v. 1131) — 1118-ci ildə Böyük Səlcuq, 1118-1131 illərində isə İraq Səlcuq sultanı.
I Müzəffər şah (Kedah sultanı)
Paduka Sri sultan I Müzəffər şah (v. iyul 1179, Kedah sultanlığı) — "Kedah annalları"na görə, əfsanəvi padşah və Kedahın birinci sultanı. O, Kedahın son hindu padşahı idi. İslamı qəbul etdikdən sonra Kedah sultanlığının qurucusu olmuşdur.
Alimlərin sultanı. Mövlanə Cəlaləddin Rumi
Alimlərin sultanı. Mövlanə Cəlaləddin Rumi (film)